Millimiz Xorvatiyaya məğlub oldu - YENİLƏNİB
15.04.2025 - 21:48
Millimiz Xorvatiyaya məğlub oldu - YENİLƏNİB

Futzal üzrə milli komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız 1-ci yeri təmin edən Xorvatiya ilə qarşılaşıb.

Görüşdə sensasiyaya ümid edən millimizin ilk qələbənin həsrəti bitməyib. Komandamız öz meydanında 1:4 hesabı ilə məğlub olub.

Nəticədə 6 oyunda cəmi 2 xal toplayan Azərbaycan yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.

Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstanla İsveç üz-üzə gələcək.

AVRO-2026

15 aprel

20:00 Azərbaycan – Xorvatiya 1:4

Qollar: Oktay Rüstəmli, 21:05 - David Mataja, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasiç, 31:33

Hakimlər: Yianqos Yianqou,  Nikolas Nikolaou, Theoçaris Theoçarous 

(Hakimlər briqadası Kiprdəndir)

Hakim-inspektor: Gjergji Bitri (Malta)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Bakı İdman Sarayı.