Millimizdən bərabərlik - YENİLƏNİB
25.03.2024 - 21:51
Millimizdən bərabərlik  - YENİLƏNİB

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, komandamız Bolqarıstan yığması ilə qarşılaşıb. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç saat 20:00-da başlanıb.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan 1:1

Qollar: Musa Qurbanlı, 87 - Filip Krastev, 59

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, millimiz ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

0