“Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm”.
Apasport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
O, Millətlər Liqasının Kiprlə səfər matçı barədə fikirlərini açıqlayıb: “Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.
Qeyd edək ki, millimiz 1:0 hesablı qələbə qazanıb.
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinin təyinatları açıqlanıb
- "Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib