Millimizin heyəti açıqlandı
02.10.2023 - 09:37
Millimizin heyəti açıqlandı

Futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

DÇ-2024-ün elit-raund mərhələsinin oyunlarına 14 futzalçı çağırılıb. Yığmamız oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq. 

Vitali Borisovun yetirmələri oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq. 

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).

0