Millimizin oyunu yunanlara həvalə olunub 
25.03.2026 - 17:25
Millimizin oyunu yunanlara həvalə olunub 

AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, B qrupunun 8-ci turu çərçivəsində baş tutacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qeyd edək ki, “Palms Sport Arena”da keçiriləcək oyun martın 27-də saat 15:00-da start götürəcək.