Millimizin oyununda litvalı hakimlər
01.12.2023 - 11:26
Millimizin oyununda litvalı hakimlər

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb. 

Apasport.az xəbər verir ki, qarşılaşma dekabrın 20-də Almere şəhərində keçiriləcək. 

Niderland – Azərbaycan qarşılaşmasını Litvadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

DÇ-2024-ün elit-raund mərhələsi
20 dekabr 
Niderland – Azərbaycan
Hakimlər:
Dominykas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas
Timekeeper: Joern Te Kloeze (Niderland)
Topsportcentrum Almere. Saat 21:30
 

0