Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığması ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Livan Futbol Federasiyası 2 aydan sonra xorvatiyalı mütəxəssisi istefaya göndərib.
Federasiya oktyabrda baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişinin səbəbini daha güclü mütəxəssis gətirmək istəyi ilə əlaqələndirib: “İcraiyyə Komitəsinin üzvləri Asiya kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün bu qərara gəliblər”.
Qeyd edək ki, Azərbaycan millisini 2019-cu ildə çalışdıran məşqçinin rəhbərliyi altında 10 oyun keçirən yığmamız 1 qələbə qazanıb, 2 heç-heçə edib, 7 dəfə məğlub olub.
- "Qarabağ" - "Malmö" matçına 24 min bilet satılıb
- Millimiz Estoniyanı Bakıda yox, bu şəhərdə qəbul edəcək - ÖZƏL
- Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama