Millimizin üzvləri "Beşiktaş"a gedir
27.12.2023 - 15:16
Millimizin üzvləri "Beşiktaş"a gedir

Azərbaycan milli komandasının üzvləri İsa Atayev və Xətai Bağırov legioner həyatı yaşamağa yaxındır. 

Apasport.az saytına verilən məlumata görə, hər iki futzalçı Belçikaya yollanmağı planlaşdırır.

Belə ki, hər iki oyunçuya “Beşiktaş Gent” klubundan təklif gəlib. Hazırda həm Atayev, həm də Bağırov Belçika səfirliyindən gələcək cavabı gözləyir. Əgər onlar sənəd problem yaşamasa, həmin klubun düşərgəsinə qoşulacaqlar.

Qeyd edək ki, hər iki futzalçı bir müddət əvvəl “Beşiktaş Gent”də oynamış, amma orada çox qalmayaraq “Araz-Naxçıvan”a qayıtmışdı.

0