“Klub yarışları gec başa çatdığı üçün millinin məşqlərinə bir az gec qoşuldum”.
Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Kristina Besman deyib.
26 yaşlı Kristina Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında hələ də zədəsini sağaltmaqla məşğul olduğunu söyləyib: “Mövsüm bitdikdən sonra qısa müddət olsa da, zədələrimin müalicəsinə vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən də hər bir məşqdə iştirak etməyə çalışıram”.
Millimizin üzvü komandamızın təlim-məşq toplanışını sabahdan Mingəçevirdə davam etdirəcəyini vurğulayıb: “Yaxın günlərdə bir neçə aparıcı voleybolçumuzun da bizə qoşulacağı gözlənilir. İyulda əsas üstünlük komanda şəklində məşqlərə və yoxlama oyunlarına veriləcək. İnanıram ki, həm İslamiadada, həm də AVRO-2023-ün təsnifat oyunlarında yaxşı çıxış edəcəyik. Komandamıza uğurlar arzu edirəm”.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ