Millimizin üzvü oynadı, komandası qələbə qazandı
18.01.2025 - 00:10

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər ki, Ankara təmsilçisi 20-ci turda "Şanlıurfaspor"un qonağı olub.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Fasilədən sonra "Ankaragücü" görüşün taleyini həll edən topu vurub. Renat oyunun 46-cı dəqiqəsində meydana daxil olsa da, Həsən forma geyinmək şansı qazanmayıb.
Qeyd edək ki, bu qələbədən sonra 30 xal toplayan təmsilçilərimizin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0