Millimizin üzvü oynadı, komandası xal itirdi
04.12.2024 - 10:16

Asiya Çempionlar Liqasında 6-cı turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Yohor Darul Tazim" (Malayziya) də növbəti görüşünə çıxıb.
Onun komandası Taylandın "Buriram Yunayted" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
İsrafilov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, "Yohor Darul Tazim" 6 turdan sonra 8 xal toplayıb.
- Samir Abasov: "Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək"
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- Valdas Dambrauskas: “Sabah"ın öz kimliyini yaratmalıyıq”
0
0