Millinin Danimarka ilə oyununu idarə edəcək hakimlər bəlli olub
15.01.2026 - 10:17
Millinin Danimarka ilə oyununu idarə edəcək hakimlər bəlli olub

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Apasport.az xəbər verir ki, yanvarın 22-də saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov hakimlik edəcəklər.

Yanvarın 24-də saat 16:00-da başlayacaq görüşə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.