Millinin kapitanı ən yaxşılar arasında
13.12.2023 - 22:14
Millinin kapitanı ən yaxşılar arasında

Dünya Çimərlik Futbolu Təşkilatı (BSWW) ilin ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Sabir Allahquliyev də ən yaxşı adına namizəd 100 futbolçunun siyahısına düşməyi bacarıb.

Ən yaxşını seçmək üçün hər bir ölkənin milli komandalarının və klublarının məşqçiləri, kapitanları səs verəcək. 

Səsvermə yanvarın 11-də başa çatacaq.

0