Miodraq Bojoviç: "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir"
08.01.2024 - 13:00
Miodraq Bojoviç: "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir"

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç klubun mətbuat xidmətinə müsahibə verib.

Apasport.az müsahibəni təqdim edir:

- Hәmişә jurnalistlәr sizә sual verib. İndi mikrofonu sizә versәk, bizә nә sualınız olardı?
- Jurnalistlərlə münasibətim hәmişә yaxşı olub. Bunu öz işimin bir hissəsi kimi qəbul edirəm. Hər zaman bütün suallara cavab verməyə hazıram. Futbola, "Neftçi"yə aid nə sualınız varsa, mənə ünvanlaya bilərsiz. İstər qələbə qazanaq, istər məğlub olaq, istər heç-heçə edək - istәnilәn suala açığam.

- İstədiz-istəmədiz Premyer Liqa oyunlarında sələfiniz Adrian Mutu ilə müqayisə olunacaqsız. Buna hazırsınız?
- Əlbəttə, müqayisəli suallara da cavab verә bilәrәm. Əvvəl o işləyib, indi mən. Sualları qəbul etməyə hazıram. Jurnalistlərin, azarkeşlərin bizi müqayisə etməyi normaldır.

- Ümumiyyətlə, "Neftçi"dәn tәklif necә gәldi?
- Menecerim vasitəsilə təklif aldım. "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir. Ona görə çox düşünmədim.

- Əvvəlki iş yerlərinizdə emosional biri kimi tanınmısız. Amma indi məşqlərdə daha sakit görünürsünüz.
- Yaş da öz sözünü deyir (gülür).

- Sosial şəbəkələrə baxsaq, "Neftçi" azarkeşləri bu təyinata nikbin yanaşmır. Onlara sözünüz nədir?
- Bir az gözləsinlər.

0