Misli Premyer Liqasında hakim təyinatları açıqlandı
31.08.2023 - 15:15
<span ><b>Misli Premyer Liqasında hakim təyinatları açıqlandı</b>

Misli Premyer Liqasında V turun təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə. sabah başlayacaq turun matçlarının hakimləri bəlli olub.

“Sumqayıt” – “Neftçi” qarşılaşmasını Rauf Allahverdiyev idarə edəcək. “Qarabağ”ın “Səbail”lə səfər görüşündə Kamranbəy Rəhimov fit çalacaq. Liderlə autsayderin qarşılaşacağı “Qəbələ” – “Zirə” matçında Cavid Cəlilov ədaləti qoruyacaq.

Qeyd edək ki, turun matçları üç günü əhatə edəcək.

Misli Premyer Liqası
V tur
1 sentyabr (cümə)
“Sabah” – “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 19:00

2 sentyabr (şənbə)
“Qəbələ” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 18:00

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmməov
“Kapital Bank Arena”, 20:30

3 sentyabr (bazar)
 “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu, 17:00

“Səbail”– “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”, 19:30

0