"Kəpəz" müqaviləyə xitam vermək istəyirdi, mən də ayrılmaq niyyətindəydim. Yəni, hər iki tərəfin istəyi ilə oldu”.
Bunu apasport.az saytına "Kəpəz"dən ayrılan Mixeil Erqemlidze deyib.
Qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilən gürcü komandada qalmamasının səbəblərini açıqlayıb: “Müqaviləni pozmağı təklif etdilər, mən də razılaşdım. Çünki çox oynamırdım. Ona görə də qalmaq istəmədim. Doğrudur, ilk əvvəllər oynayırdım, qol da vurmuşdum. Amma yeni baş məşqçi oynamaq üçün çox şans yaratmadı. Sonda isə komandadan ayrılmaq istədim. Azərbaycanda qalmaq məsələsinə gəlincə, bu, olmayacaq. Başqa ölkənin klublarından təklif almışam. Necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Erqemlidze bu mövsüm Gəncə klubunda 14 oyunda meydana çıxıb və 2 qol vurub.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ