Müdafiəçi “Qarabağ”a qoşulur - BU AY
17.03.2025 - 21:24
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun məşqlərə başlayacağı tarix dəqiqləşib.
Apasport.az saytına verilən məlumata görə, Hüseynov hazırda müalicəsini davam etdirir.
O, sağ ayaq arxa əzələsində yırtıq əmələ gəldiyi üçün meydanlardan uzaq qalıb.
Abbas milli komandalara görə verilən fasilə başa çatdıqdan sonra fərdi məşqlərə başlayacaq. Ondan qısa müddət sonra isə futbolçu “Qarabağ”da kollektivlə məşqlərini bərpa edəcək.
Hazırda futbolçunun müalicəsi qaydasında getdiyi üçün onun bu ay kollektivə qoşula biləcəyi gözlənilir.
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
0
0