[b]Mundialın son təyinatları - FOTO[/b]
14.07.2018 - 22:40
Sabah Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mundialın bütün qarşılaşmaları kimi final görüşü də Azərbaycanda canlı yayımlanacaq.
Çempionatın yayım hüququna malik İctimai televiziyada Fransa – Xorvatiya matçını şərh edəcək həmkarlarımız da müəyyənləşib. Final qarşılaşmasına tanınmış şərhçilər Gündüz Abbaszadə və Tural Dadaşov təyinat alıb.
Onlar Moskvadakı “Lujniki” stadionunda keçirilən oyunun şərh edəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0