
“Şükürlər olsun ki, Avropa Oyunlarında bürünc medal qazandım”.
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) deyib.
Yarımfinalda Qabriyel Veoçiçə (Xorvatiya) məğlub olaraq yarışı bürünc medalla başa vuran boksçu bildirib ki, zədələri görüşü istədiyi kimi davam etdirməyə imkan verməyib: “Fikrim zədələrdə qaldı, ehtiyatı da qoruduğum üçün yaxşı döyüşə bilmədim. Rəqibim də çox güclü idi. Ona növbəti yarışlarda uğurlar arzu edirəm. Çatışmayan cəhətlərin üzərində işləyəcəyik. Bakıda 22 yaşadək boksçular arasında Avropa çempionatı keçiriləcək. Ora hazırlaşacam. Əsas məqsədim və hədəfim isə Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar sırasında yer almaqdır. Avropa Oyunlarında zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi. Ancaq Olimpiadada qızıl medal uğrunda mübarizə aparacağam”.
Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarında yarımfinala yüksəlməklə Paris-2024-ə lisenziya qazanıb.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB