Murad Musayev: “Nəticə istədiyimiz kimi olmadı”
14.01.2024 - 22:02
Murad Musayev: “Nəticə istədiyimiz kimi olmadı”

"Bu gün yaxşı oyun keçirdik, sadəcə nəticə istədiyimiz kimi olmadı". 

Apasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində bu gün Ukraynanın "Vorskla" klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib:

"İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi. Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qola çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi".

0