Murad Musayev: "Qələbə qazanmaq lazımdır"
07.10.2023 - 20:29
Murad Musayev: "Qələbə qazanmaq lazımdır"

"Ərazi üstünlüyü bizim tərəfdə idi. Çoxlu qol fürsətləri yaratdıq. Amma yenə də, standart vəziyyətdən qol buraxdıq".

Apasport.az saytı xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Araz-Naxçıvan"la heç-heçə yekunlaşan qarşılaşmadan sonra deyib.

Rusiyalı mütəxəssis futbolçuların mübarizəsinə qiynət verib: "Amma futbolçularıma əhsən, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə üç xal vermirlər".

- Yeni gələnlərin formaya düşməsi üçün daha çox oyuna ehtiyac duyulur. Amma milli komandaların matçlarına görə fasilə yaranacaq. Demək olar ki, bu onlara mane olacaq?
- Ümidvaram ki, bu fasilə bizim xeyrimizə işləyəcək. Amma nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizi anlaşmanı da artırmalıyıq.

- Demək olar ki, “Sabah” yavaş-yavaş geri dönməyə, enişdən çıxmağa başlayır?
- Xalımız çox azdır, qələbə qazanmaq lazımdır. Bəlkə də, bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır.

0