Musa Qurbanlı milliyə çağırıldı
14.03.2024 - 12:11
Musa Qurbanlı milliyə çağırıldı

"Yurqorden"in futbolçusu Musa Qurbanlı Azərbaycan millisinə çağırılıb.

Apasport.az xəbər verir ki, bu barədə İsveç klubu məlumat yayıb.

Xatırladaq ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Bakıda Monqolustana, martın 25-də isə Bolqarıstana qarşı oynayacaq. 

Qeyd edək ki, M.Qurbanlı ötən ilin iyulundan "Yurqorden"də oynayır.

0