Musanın komandası yarımfinalda
10.03.2024 - 20:50
Musanın komandası yarımfinalda

İsveç kubokunda 1/4 final mərhələsinin oyunları baş tutur.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” də növbəti oyununu keçirib. 

Komanda “Deqerfors”u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Yurqorden” yarımfinalda AİK-lə üz-üzə gələcək. Oyun martın 17-də baş tutacaq.

0