Mutu Azərbaycana qayıtmayacaq
22.12.2023 - 23:17
Mutu Azərbaycana qayıtmayacaq

"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.

Apasport.az xəbər verir ki, anasının vəfatına görə Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.

Buna görə də, "Neftçi"ni Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.

Bu məşqçi "Qaradağ-Lökbatan"la görüşdə də Mutunu əvəzləyib. Mutu Bakıya yalnız ilin əvvəlində “Neftçi”nin qış toplanışı üçün qayıdacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçı dekabrın 24-ü, 16:00-da “Neftçi Arena”da keçiriləcək və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.

0