Namik Ələskərov icazəsiz “Bursaspor”un məşqinə qatılmadı
18.05.2022 - 11:19
Namik Ələskərov icazəsiz “Bursaspor”un məşqinə qatılmadı

TFF I Liqasını tərk edən “Bursaspor” mövsümün son turunda “Menemenspor”la keçiriləcək oyunun hazırlığına başlayıb.

Apasport.az saytının məlumatına görə, Bursa təmsilçisinin məşqində yalnız 10 gənc futbolçu iştirak edib.

Azərbaycan millisinin hücumçusu Namik Ələskərov da olmaqla, komandanın 8 əcnəbi futbolçusundan heç biri klubun bazasında görünməyib. Üstəlik, həmin oyunçuların məlumat vermədən düşərgəyə qoşulmadıqları bildirilib.

Qeyd edək ki, klub prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.
 

0