"Napoli" sabiq "Milan"lı ilə MARAQLANIR
08.01.2024 - 09:35
"Napoli" sabiq "Milan"lı ilə MARAQLANIR

"Napoli" yarımmüdafiəçisi Frank-Andre Zambonun Afrika Kubokuna getməsindən sonra yaranan boşluğu doldura biləcək futbolçu axtarışındadır.

Apasport.az xəbər verir ki, Neapolitan klubu belçikalı futbolçu Aster Vranksla maraqlanır. 

21 yaşlı futbolçu ötən ilin yayında "Milan"dan "Volfsburq"a keçib. 

Qeyd edək ki, "Napoli" İtaliya çempionatında "Torino"ya (0:3) məğlub olduqdan sonra turnir cədvəlində 9-cu pilləyə düşüb. 


 

0