Nazim Süleymanovun Rusiya klubundakı vəzifəsi qaldırıldı
03.02.2023 - 23:38
Azərbaycanlı məşqçi Nazim Süleymanova Rusiyanın "Ximki" klubunda daha bir etimad göstərilib.
Apasport.az xəbər verir ki, 57 yaşlı məşqçi Ximki klubunun əvəzedici komandasına baş məşqçi təyin olunub.
Nazim Süleymanov daha əvvəl "Ximki"nin 19 yaşadək komandasını çalışdırırdı. O, ötən ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.
Qeyd edək ki, "Ximki" klubunun idman direktoru azərbaycanlı Anar Məmmədovdur.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0