"Neftçi" 2 milli oyunçunu heyətinə qatmaq istəyir
17.04.2024 - 13:26
"Neftçi" 2 milli oyunçunu heyətinə qatmaq istəyir

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” yerli limiti doldurmaq üçün ölkə xaricində çıxış edən azərbaycanlılarla danışıq aparır.

Rahil Məmmədovla maraqlanan paytaxt təmsilçisinin müdafiənin mərkəzi üçün düşündüyü daha bir oyunçu U-21 yığmamızın kapitanı, “Arda”da oynayan Cəlal Hüseynovdur. Höccət Haqverdinin də mövsümün sonunda komandadan ayrılacağını düşünən "Neftçi" Cəlalı düşərgəyə dəvət etmək istəyir. 

Xatırladaq ki, Hüseynov mövsümün əvvəlində Bolqarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.

0
Neftçi Rahil Məmmədov Cəlal Hüseynov Arda Höccət Haqverdi