“Neftçi”də 20-ci böyükhesablı məğlubiyyət
02.12.2024 - 10:16
“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XV turuna təsadüf edib.
“Ağ-qaralar” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, 1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət (0:3) 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0