
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 17.7);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilsin (maddə 68);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);
04.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
05.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 43.1);