“Neftçi” Lüksemburq millisinin futbolçusunu transfer edib
30.07.2025 - 10:35
“Neftçi” Lüksemburq millisinin futbolçusunu transfer edib

“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən A.Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.