"Neftçi" məşqlərə start verdi
04.01.2024 - 19:53
"Neftçi" məşqlərə start verdi

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.

Misli Premyer Liqasının 18-ci turunun “Kəpəz”lə oyununda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandanın daha 3 üzvü Kilan Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində heyətə qoşulacaqlar.

0