“Neftçi” – “Qarabağ” oyununda rekord
09.10.2023 - 11:13
“Neftçi” – “Qarabağ” oyununda rekord

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. 

Apasport.az xəbər verir ki, bu, IX turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord IX turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib.

0