"Neftçi" qışda "qabıq dəyişəcək" - Tamaşın yerinə braziliyalı müdafiəçi
22.12.2023 - 12:38
"Neftçi" qışda "qabıq dəyişəcək" - Tamaşın yerinə braziliyalı müdafiəçi

“Neftçi” qışda transferlərdə müəyyən addımlar atacaq.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”da dəyişikliklər olacağı gözlənilir.

Belə ki, yayda komandaya cəlb edilmiş və özünü doğrultmayan bəzi oyunçularla yolların ayrılmasına, yeni oyunçuların isə transferinə qərar verilib.

Komandadan göndərilə biləcəklər arasında Aaron Olanare və Mark Tamaş da var. Amma həmin futbolçuların klub ilə müqavilələri var. Bu futbolçuları razı salmaq mümkün olarsa, yollar ayrılacaq.


Saytımıza verilən məlumata görə, “Araz-Naxçıvan”ın aparıcı müdafiəçisi İqor Ribeyro da “Neftçi”nin transfer siyahısında yer alıb. “Ağ-qaralar” braziliyalının xidmətində maraqlıdır. Amma bu klubun İqor üçün qış, yoxsa yayda təklif göndərəcəyi hələ ki, dəqiq deyil.

Qeyd edək ki, İqor yayda Paraqvayın “Takuari” klubundan ayrılaraq Naxçıvan təmsilçisinə keçmişdi.

0