"Neftçi" Şamaxıdan 3 xalla qayıdır - YENİLƏNİB
07.04.2025 - 17:25
"Neftçi" Şamaxıdan 3 xalla qayıdır - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının XXIX turuna yekun vurulub. 

Apasport.az xəbər verir ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşıb.  

Qarşılaşma saat 15:30-da Şamaxı şəhər stadionunda start götürüb. 

Samir Abasovun yetirmələri səfərdən 3 xalla qayıtmağı bacarıblar. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. 

Misli Premyer Liqası

XXIX tur

15:30. "Şamaxı" - "Neftçi" 0:2

Qol: Ramil Şeydayev 42 (pen.), F. Ozobiç, 89

Baş hakim: Fərid Hacıyev

Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli 73. Elmar Məmmədov

“Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 9. Bassala Sambu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes