"Neftçi" Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında sonuncu oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Laurentsiu Regekampfın yetirmələri üçüncü sınağına çıxıb.
Bakı klubu “Srvena Zvezda” ilə görüşib. İlk iki matçda qalib gəlməyən paytaxt təmsilçisi mövsümün ikinci yarısının startı ərəfəsində yenə uduzub. Serblər 4-cü dəqiqədə vurduğu yeganə qolla qalib gəliblər.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama matçında Macarıstanın "Vaşaş" komandası ilə 1:1 heç-heçə edib, ardınca Polşa “Meç”inə uduzub – 1:2.
Yoxlama oyunu
19 yanvar
18:00. “Neftçi” – “Srvena Zvezda” (Serbiya) - 0:1
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT