
“Neftçi”də Azərbaycan Premyer Liqasının 34-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığı yekunlaşıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandanın üzvləri Tovuza yola düşüblər.
Futbolçular – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.
- Qurban Qurbanov: “Bu torpaqlara gəlmək “Qarabağ” futbolçularının borcudur”
- Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- "Qarabağ" İmarət Kompleksində - FOTO
- Qabon millisinin hücumçusu "Kəpəz"ə gəlir - ÖZƏL