"Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
06.03.2025 - 17:33
"Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının 26-cı turunun “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması 10 mart tarixində saat 19:30-da baş tutacaq.