“Neftçi” yeni loqosunu təqdim edib
24.07.2026 - 17:41
“Neftçi” yeni loqosunu təqdim edib

“Neftçi” İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan klub yeni emblemini tarixi irs və müasir yanaşma əsasında hazırlayıb.

Yeni loqo ənənəvi ağ-qara rənglər üzərində qurulub. Emblemin mərkəzində klubun ilk rəmzinin konturları, adın baş hərfi və neft buruqları yer alıb.

Loqonun yuxarı hissəsində “NEFTÇİ” İdman Klubu adı, aşağı hissəsində isə yaranma tarixi – “1937” rəqəmi əks olunub.

Qeyd edək ki, yeni emblem “Neftçi”nin zəngin tarixini və müasir brend kimliyini bir araya gətirir.