"Neftçi" yoxlama görüşündə uduzdu
13.01.2024 - 18:26
"Neftçi" yoxlama görüşündə uduzdu

Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, Miodraq Bojoviçin komandası Almaniyanın 3-cü Bundesliqa klubu “Valdhof”la qarşılaşıb.

Matç "ağ-qaralar"ın  0:3 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, "Neftçi" ilk qarşılaşmada Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.

0