“Neftçi” Yusuf Lavalı Portuqaliya klubuna satır
11.01.2023 - 15:43
“Neftçi”nin futbolçusu Yusuf Laval karyerasını Portuqaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Bildirilir ki, yarımmüdafiəçinin transferi ilə bağlı “Arouka” klubu ilə danışıqlar aparılır. Artıq tərəflər arasında razılıq əldə olunub.
Nigeriyalı legioner bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Laval tibbi baxışdan keçəcəyi halda transfer rəsmiləşəcək.
Qeyd edək ki, Yusuf “Neftçi”də keçirdiyi 88 oyunda 6 qol vurub.
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
- Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
- "Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI
- Cavid İmamverdiyev Region Liqası klubunda
0
0