“Neftçi”də növbəti ayrılıq - RƏSMİ
10.09.2025 - 19:33

“Neftçi” Ramil Şeydayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin yayında transfer olunan Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.
O, Bakı klubuna gələnə qədər “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor” klublarında oynayıb.
0
0