“Neftçi”dən azarkeşlərə jest - bir bilet al, iki matçı da izlə
19.04.2026 - 14:17
“Neftçi”dən azarkeşlərə jest - bir bilet al, iki matçı da izlə

"Neftçi" Misli Premyer Liqasında növbəti iki oyununu “Palms Sports Arena”da “Qarabağ”a qarşı keçirəcək.

Ağdam təmsilçisini aprelin 26-sı saat 19:00-da 29-cu tur matçında, ayın 30-u saat 20:00-da isə 21-ci turdan təxirə salınmış görüşdə qəbul edəcək.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki matçın biletləri satışa çıxarılıb. "Neftçi" bununla bağlı açıqlama yayıb:

"Azarkeşlərimiz bir bilet almaqla da hər iki oyunumuzu tribunadan izləyə bilərlər. Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.“Qarabağ”la ilk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir. Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir. Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir. Stadionumuzun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan etibarən satışda olacaq".