
"Neftçi"nin mətbuat xidməti futbolçuları barədə yayılan şayiələr barədə açıqlama verib.
Apasport.az bəyanatı təqdim edir:
"Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. “Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq. Bir daha xatırladırıq ki, media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur".
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...