“Neftçi”ni kubok oyununa Mutu çıxarmayacaq
21.12.2023 - 15:22
“Neftçi”ni kubok oyununa Mutu çıxarmayacaq

“Neftçi”nin baş məşqçisi Adrian Mutunun anası Rodika Mutu dünyasını dəyişib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, bu üzdən də mütəxəssis vətəni Rumıniyaya gedib.

Azərbaycan Kubokunun 1/8 final çərçivəsində keçiriləcək “Neftçi” - “Qaradağ Lökbatan” matçına komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.

Qeyd edək ki, bugünkü qarşılaşma saat 18:00-da başlayacaq.
 

0