“Neftçi”nin Avropa həsrəti başa çatır - YENİLƏNİR
22.07.2026 - 08:59
“Neftçi”nin Avropa həsrəti başa çatır - YENİLƏNİR

Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edəcək.

Yuri Vernidubun yetirmələri turu keçmək üçün cavab matçına üstün yollanmağı hədəfləyir. 

“Palms Sport Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi kiprli Konstantinos Fellas olacaq.


UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Neftçi” (Azərbaycan) – “Dinamo Minsk” (Belarus)

Baş hakim: Konstantinos Fellas (Kipr)

Stadion: “Palms Sport Arena”