“Neftçi”nin baş məşqçisi Kasiusla evlənir
29.06.2022 - 15:03
“Neftçi”nin baş məşqçisi Kasiusla evlənir

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf növbəti dəfə evlənməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bunu 47 yaşlı mütəxəssis özü Rumıniya mətbuatına açıqlamasında deyib.

Anamariya Prodanla boşanma prosesində olan Regekampf bu məsələ həllini tapan kimi, 29 yaşlı sevgilisi Korina Kasiusla ailə həyatı quracaq. Cütlüyün Liam adında bu yaxınlarda dünyaya gələn oğlu var.

Regekampfın ümumilikdə üç fərqli qadından (Mariana, Anamaria Prodan, Korina Kasius) 3 oğlu var.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.
 

0