“Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
06.02.2025 - 23:53
“Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO

AFFA U-17 Liqasında qalmaqal baş verib.

Apasport.az xəbər verir ki, “Vətən” – “Neftçi” oyununda xoşagəlməz hadisə yaşanıb.

Belə ki, matçın ikinci hissəsində tərəflər münaqişə ediblər. 

Komandaların baş məşqçiləri və rəsmiləri arasında dava düşüb. “Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərova kəllə zərbəsi endirib. 

Ardınca “Vətən”in çalışdırıcısı Elvin Həsənovun da qarışdığı münaqişəni sakitləşdirmək mümkün olub.

Mütəxəssisin burnu sınıb. O, hazırda əməliyyatdadır.

1