“Neftçi”nin çağırışına azarkeşlər müsbət cavab verdi
28.04.2024 - 01:22
“Neftçi”nin çağırışına azarkeşlər müsbət cavab verdi

"Neftçi" PFK azarkeşlərə komandanı dəstəkləməyə qayıtması ilə bağlı müraciət edib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın əsas azarkeş qrupu "Forza Neftçi" müraciətlə bağlı bəyanat yayıb:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq. 

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və "flaqman"ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.
Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Siz də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

0