"Neftçi"nin futbolçuları üçün seminar keçirilib
08.09.2026 - 16:02
"Neftçi"nin futbolçuları üçün seminar keçirilib

Bakı İqlim Həftəsi çərçivəsində “Neftçi” Futbol Klubunun U-16 komandasının üzvləri üçün iqlim fəaliyyəti, ətraf mühitin qorunması və dayanıqlı futbol mövzusunda maarifləndirici seminar keçirilib.

Apasport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

“Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbirdə iqlim dəyişikliyi və futbol, futbolun ətraf mühitə təsiri, gənc idmançılar üçün dayanıqlı həyat tərzi, su və enerjidən səmərəli istifadə, plastik və tullantıların azaldılması və təkrar emalı, futbol səfərlərində ekoloji məsuliyyət, eləcə də akademiyada dayanıqlı futbol mühitinin formalaşdırılması kimi mövzular müzakirə olunub.

Tədbirin əsas məqsədi gənc futbolçuların iqlim dəyişikliyi və dayanıqlılıq məsələləri üzrə maarifləndirilməsi, gündəlik həyatlarında və futbol fəaliyyətlərində tətbiq edə biləcəkləri ekoloji davranışların təşviq edilməsi olub.